Yevlaxda “patı” satanlar tutuldu
Bizi izləyin

Kriminal

Yevlaxda “patı” satanlar tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında həyata keçirilən tədbirlər zamanı Yevlax rayon sakini Etibar Qurbanov saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan psixotrop maddə metamfetamin, narkotik maddə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Mehman Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə - heroin aşkarlanıb.

Faktlarla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm