• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

Bakıda xaricdəki narkotacirə narkokuryerlik edənlər ələ keçdi - VİDEO

  • Kriminal
  • 26 Avqust 2021 19:03
  • 512 Baxış
Bakıda xaricdəki narkotacirə narkokuryerlik edənlər ələ keçdi - VİDEO

Bakı şəhərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. ­

Publika.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuşlar paytaxt sakinləri Fərid Ağayev, Kamran Mustafayev və Samir Məcidov saxlanılıblar. Onların üzərindən və yaşadıqları mənzillərdən külli miqdarda, yəni 700 qrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək onun üçün ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR