Kriminal
Bakıda məşhur idmançı qətl törətdi - Döyə-döyə öldürdü (FOTOLAR)

Bu gün Bakı şəhər Xətai rayonu Xocalı prospektində yerləşən "pub"da müştərini döyüb öldürən Orxan Şahbazovun uzun illər fitness-məşqçisi kimi fəaliyyət göstərdiyi, tanınmış şəxs olduğu məlum olub.
Publika.az xəbər verir ki, O.Şahbazov sosial şəbəkələrdə kifayət qədər tanınır. O, bir sıra məşhur simaların özəl mühafizəçisi olub.
Bildirilir ki, qətlə yetirilən Vüqar Mustafayev uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
***
Avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.
Publika.az prokurorluğa istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.













-
Avropa02:19
İspaniyada AES-lərin fəaliyyəti dayandırıldı
-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi