Azərbaycanda ərinə xəyanət edən gənc qadının başına gələnlər: Mənzilə soxulan sevgilisi... - VİDEO
Bizi izləyin

Kriminal

Azərbaycanda ərinə xəyanət edən gənc qadının başına gələnlər: Mənzilə soxulan sevgilisi... - VİDEO

Video əlavə olunub.

***

Şəmkir rayonunda evli qadınla gizli sevgi münasibətində olan və daha sonra onu şantaj edən Dəllər Cırdaxan kənd sakini, 1996-cı il təvəllüdlü Ceyhun M. barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə - zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə açılmış iş üzrə keçirilən məhkəmə prosesində bəzi məqamlar üzə çıxıb.

Bəlli olub ki, Ceyhun M. 2017-ci ildə - 21 yaşı olarkən qonşuluqda yaşayan Z.V-nin həyat yoldaşı A.V ilə gizli sevgi münasibəti qurub. Gənc qadının telefonu olmadığından o, sevgilisi ilə əlaqə saxlamaq üçün ona telefon verib və onlar vaxtaşırı əlaqə saxlayıblar və yazışıblar. A.V-nin həyat yoldaşının fermer fəaliyyəti ilə məşğul olması onların görüşüb cinsi əlaqədə olmasına şərait yaradıb.

Belə ki, A.V həyat yoldaşı evdə olmadığı vaxt qonşuluqda yaşayan Ceyhunu öz evinə dəvət edərək gecə saatlarında onunla görüşüb. Bu zaman evin digər otaqlarında gənc qadının qaynanası, azyaşlı övladları olub.

A.V-nin inamından və ona olan sevgisindən istifadə edən Ceyhun daha sonra dostuna məxsus pulu itirdiyini deyərək qadından 800 manat borc istəyib. Lakin A.V pulunun olmadığını, evdən xəbərsiz şəkildə boyunbağı və qolbağını Ceyhuna verə biləcəyini deyib. Qızılları götürən Ceyhun Gəncə Univermağına gedərək onları satıb. A.V isə evdə həmin qızılları itirdiyini deyib. Daha sonra A.V qızılları Ceyhundan geri istəsə də, o, imkanının olmadığını deyərək boyun qaçırıb. Bundan sonra onların münasibəti bir qədər soyuyub.

Ceyhun M. ifadəsində bildirib ki, 2020-ci ilin may ayında A.V onunla əlaqə saxlayaraq hal-əhvalını soruşub və ona telefon almasını xahiş edib. Bundan sonra onlar yenidən gizli şəkildə görüşməyə başlayıb. İyun ayında Ceyhun A.V-yə qonşuluqda yaşayan Bəhruz adlı şəxsin onun evə daxil olarkən və onları birlikdə videoya çəkdiyini deyib. O, Bəhruzun 600 manat tələb etdiyini, bu pulun 300 manatını A.V-nin verməli olduğunu, qalan məbləği isə özü 3 quzu verərək ödəyəcəyini deyib. A.V isə pulunun olmadığını amma qızıl verə biləcəyini deyib. Bir neçə gün keçməsinə baxmayaraq A.V ona qızıl və ya pul verməyib. Nəhayət iyulun 20-də gecə saat 01-02 radələrində Ceyhun pul almaq məqsədilə pəncərədən qadının evinə daxil olub. O, A.V-nin baş nahiyəsinə vuraraq xəsarətlər yetirib və 300 manatı səhər saat 11-dək çatdırmasını tələb edib. Bu zaman A.V-nin otaqda yatmış qızı oyanaraq Ceyhunu görüb. Ailənin məsələdən xəbər tutmasından sonra polisə müraciət edilib.

Məhkəmə prosesi zamanı zərərçəkən tərəf C.Məmmədovla barışdığını, ona qarşı iddai və tələbinin olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun M. 6 il müddətinə azadlıqdan məhrum edilib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm