• USD 1,7000 0,00% EUR 1,9253 -0,05%
    • GBP 2,2596 -0,19% RUB 0,0229 -0,44%

Prokurorluq atanın oğlunu və özünü öldürməsi ilə bağlı məlumat yaydı

  • Kriminal
  • 3 Sentyabr 2021 17:11
  • 1 749 Baxış
Prokurorluq atanın oğlunu və özünü öldürməsi ilə bağlı məlumat yaydı

Prokurorluq Lənkəran rayonunda atanın oğlunun boğazını kəsib, sonra intihar etməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Publika.az-a daxil olan məlumatda deyilir:

"Sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR