Azərbaycanda 9 aylıq hamilə qadını intihara sövq edən DƏHŞƏTLİ FAKTLAR - - VİDEO
Bizi izləyin

Kriminal

Azərbaycanda 9 aylıq hamilə qadını intihara sövq edən DƏHŞƏTLİ FAKTLAR - - VİDEO

Video əlavə olunub.

Son vaxtlar Azərbaycanda qadın qətlləri və zorakılıqları ilə bağlı mövzulara diqqət artıb.

Publika.az xəbər verir ki, bəzi hallarda ailədaxili münaqişələr qadın intiharlarına da səbəb olur. Belə hadisələrdən biri 2019-cu ilin 5 noyabrında Qubanın Birinci Nügədi kəndində baş verib. 9 aylıq hamilə olan 1996-cı il təvəllüdlü Əfsanə Ağayeva özünü yaşadığı evin həyətində asaraq intihar edib. Bu hadisəyə görə onun həyat yoldaşı, 1985-ci ildə anadan olmuş Akif Ağayev həbs edilib və barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Quba rayon Məhkəməsində cinayət işi üzrə keçirilən məhkəmə prosesində A.Ağayevin özündən 11 yaş kiçik olan həyat yoldaşına iztirablar verməsi, ona qarşı daimi hörmətsizlik etməsi məlum olub.

İstintaq materiallarından məlum olur ki, Qubanın Yalavac kəndində doğulub böyüyüən Ə.Ağayevanın xalası 2002-ci ildə rayonun Birinci Nügədi kəndinə gəlin köçərək yaşayıb. 2015-ci ildə Ə.Ağayeva xalasının baldızının toyunda iştirak etmək üçün həmin kəndə gəlib. Burada Akif Ağayev gənc qızı görərək bəyənib. Əfsanənin xalasının həyat yoldaşının vasitəçiliyi ilə izdivac baş tutub və 2016-cı ilin noyabrında onlar rəsmi qaydada ailə həyatı qurublar. 2017-ci ildə isə cütlüyün qız övladı dünyaya gəlib.

Lakin həm nişanlı vaxtı, həm də evliliyin ilk illərində onların arasındakı münasibətlər yaxşı olmayıb. Belə ki, Akifin daim spirtli içki qəbul etməsi səbəbindən yaratdığı münaqişələr, onu döyüb təhqir etməsi səbəbindən Əfsanə dəfələrlə evi tərk etməli olub. Hətta 2017-ci ilin dekabr ayında Akif Ağayev dostları ilə yaşadığı evdə yeyib-içərkən yeni ana olmuş həyat yoldaşını körpə uşaqla birgə oturduqları isti otaqdan qovub və onu ikinci mərtəbədəki soyuq otaqda qalmağa məcbur edib. Həmin vaxt yeni ana olmuş Ə.Ağayevanın bədəni soyuqdan göyərib.

Bundan sonra da həyat yoldaşına arşı amansız rəftarını davam etdirən A.Ağayev onu anası Narxanımın yanında dəfələrlə döyüb, saçlarını yolub. Nəhayət 2019-cu ilin 5 noyabrında axşam saat 19 radələrində növbəti dəfə evdə dava baş verib. Bu zaman 9 aylıq hamilə olan Ə.Ağayeva həyat yoldaşının rəftarından, onu alçaltmasından bezərək evin arxasına gedib və özünü asaraq intihar edib. A.Ağayev, anası və qonşuluqda yaşayan şəxs ona yardım göstərməyə çalışsa da, artıq gec olub. Kritik vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına aparılan hamilə qadın yolda keçinib.

Ə.Ağayevanın yaxınlarına onun xəstəxanaya aparılması barədə bildirildikdə onlar Əfsanəin doğuşa görə Qubaya aparıldığını düşünərək yola düşüblər. Lakin daha sonra Əfsanənin öz həyatına son qoyduğu məlum olub.

A.Ağayev törətdiyi əməli etiraf edib.

Məhkəmədə ifadə verən Ə.Ağayevanın bacısı onun hələ nişanlı vaxtı Akif tərəfindən zorakılığa məruz qaldığını, lakin nişanı qaytarmadıqlarını, evləndikdən sonra da bu prosesin davam etdiyini bildiriblər. Spirtli içki aludəçisi olan Akifin bacısını döyməsini, Əfsanənin tez-tez zəng edərək həyat yoldaşının onu incitdiyini bildirdiyini deyən şahid bəzi hallarda qardaşının Birinci Nügədi kəndinə gedərək bacısını evə gətirdiyini, 10-15 gün qaldıqdan sonra isə ailəsinin dağılmaması üçün Əfsanənin geri qayıtdığını deyib.

Əfsanənin bəzi zənglərindən sonra isə ailə üzvləri uzaqda olduğundan həmin kənddə gəlin olan xalası və xalasının ərindən gedib Əfsanəyə baş çəkmələrini xahiş ediblər.

Quba rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşını intihar həddinə çatdıran Akif Ağayev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm