Azərbaycanda gənc oğlan 55 yaşlı kişini niyə döyüb öldürdü - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Azərbaycanda gənc oğlan 55 yaşlı kişini niyə döyüb öldürdü - TƏFƏRRÜAT

Avqustun 30-da Quba rayonunun Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış oldığı xəsarətlər nəticəsində Qusar Rayon Mərkəzi Xəstəxanasında ölməsi hadisəsinin səbəbi məlum olub.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı 55 yaşlı Z.Əzimovun həmkəndlisi 1993-cü təvəllüdlü Şöhrət Mursəliyev tərəfindən söyüşə görə döyüldüyü məlum olub.

Belə ki, hər iki şəxs avqustun 23-də gecə saatlarında kənd ərazisində mübahisə ediblər. hadisə vaxtı onlar sərxoş vəziyyətdə olub və mübahisə zamanı Z.Əzimov özündən 27 yaş kiçik olan Şöhrətin doğmalarının ünvanına ağır söyüş söyüb. Bundan sonra onlar əlbəyaxa olublar və Ş.Mursəliyev həmkəndlisinə bir neçə sillə-təpik vurub. Küçəyə yıxılan 55 yaşlı kişi daha sonra ayağa qalxaraq yaşadığı evə gedib və yıxıldığını deyib. 1 gün sonra isə o, xəstəxanaya yerləşdirilib. 1 həftə xəstəxanada saxlanılan Z.Əzimov aldığı xəsarətlərdən avqutun 30-da vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöhrət Mursəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm