Hacıqabulda narkotik yetişdirən şəxs saxlanıldı
Bizi izləyin

Kriminal

Hacıqabulda narkotik yetişdirən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakinləri Vasif Kazımov və Hafiz Haxverdiyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası məşğul olan Sabirabad rayon sakini Sahib İsayev çalışdığı Hacıqabul Quşçuluq Şirkəti MMC-nin ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 170 qram marixuana, eləcə də S.İsayevin çalışdığı şirkətin ərazisində becərdiyi 8 ədəd çətənə kolu aşkarlanaq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm