• USD 1,7000 0,00% EUR 1,9768 0,00%
    • GBP 2,3451 0,00% RUB 0,0239 0,00%

Bakıda qumara qurşanan vəzifəli şəxs işdən çıxarıldı, qanlı cinayət törətdi – ŞOK FAKTLAR/VİDEO

  • Kriminal
  • 16 Sentyabr 2021 12:07
  • 15 811 Baxış
Bakıda qumara qurşanan vəzifəli şəxs işdən çıxarıldı, qanlı cinayət törətdi – ŞOK FAKTLAR/VİDEO

Video əlavə olunub.

xxx

Bu ilin mart ayının 29-da Bakı şəhər Xətai rayonu ərazisində 1985-ci il təvəllüdlü Tural Məmmədovun İrşad Yusifovu bıçaqlaması hadisəsi ilə əlaqədar açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən Tural Məmmədovun İrşadı borc pula görə yaranmış mübahisəyə görə bıçaqladığı üzə çıxıb.

Məlum olub ki, illər əvvəl Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə yüksək balla daxil olan Tural müxtəlif dövlət qurumlarında çalışıb. Onun son iş yeri isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi olub. Son illərdə mərc oyunlarına olan həvəsi səbəbindən müxtəlif problemlərə düşən və “Topaz” asılılığından qurtula bilməyən Tural bir müddət əvvəl bu səbəbdən işdən çıxarılıb. Lakin bundan sonra da 2 uşaq atası olan şəxs “Topaz” oynamağa, borca aldığı pulları qumara qoymağa davam edib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs hadisəni belə təsvir edib: “Bakı Dövlət Universitetinin hüquq fakültəsinə yüksək balla daxil olmuşam və ali təhsil aldıqdan sonra müxtəlif dövlət orqanlarında işləmişəm. Sonradan onun “Topaz” mərc oyununa böyük marağım yarandı və böyük məbləğdə borcum yarandı. “Topaz” mərc oyunundan yaranan asılılığıma görə o, sonuncu iş yerim olan Dövlət Əmlak Komitəsindən tutduğum vəzifədən azad edildim. Bütün bunlar məndə psixi pozuntulara səbəb oldu və bununla bağlı olaraq 2 dəfə ruhi əsəb xəstəxanasında stasionar qaydada müalicə aldım. Bundan sonra onun sinir sistemim də pozuldu. Tanışlarım və ailə üzvlərim “Topaz” mərc oyunundan asılılığıma görə artıq pul vermirdilər. Buna görə də mərc oyunu oynaya bilmək üçün sələmə pul götürmək qərarına gəldim. İrşadı bir müddət olar ki, tanıyırdım ondan bir neçə dəfə “Topaz” mərc oyunu oynamaq üçün günlük 20% olmaqla sələmə pul götürmüş və sonradan borcunu geri qaytarmışam. Sonucu dəfə 2021-ci ilin mart ayının ortalarında İrşaddan “Topaz” mərc oyunu oynamaq məqsədi ilə günü 20% olmaq şərti ilə 1.600 manat məbləğində pulu sələmə götürdüm. O, həmin pula görə İrşada birinci dəfə 400 ABŞ dolları, ikinci dəfə isə 800 manat pulu əlbəəl vermişəm. Sonradan isə İrşadın dediyi kart hesabına hər dəfə 1.000 manat olmaqla, cəmi 2.000 manat pul göndərmişəm. O, sonuncu dəfə 1.000 manat pulu İrşadın istəyinə uyğun olaraq İrşadla məni tanış etmiş Alı adlı şəxsə vermişəm. Həmin vaxt İrşad mənə verdiyim pulların sələmə aldığım pulun faizinə çıxdığını və 1.700 manat borcumun qaldığını bildirdi. Mən də İrşaddan 29 mart 2021-ci il tarixə kimi vaxt verməsini xahiş etdimr. İrşad da mənə 1.700 manat pula görə günə 20% olmaq şərti ilə 3.100 manat pul alacağını bildirdi. 29 mart 2021-ci il tarixdə, saat 10:00 radələrində İrşada pulu tapa bilmədiyimi yazdım və yenidən vaxt verməsini istədim. Bundan sonra İrşad əlaqə saxlayaraq şəxsiyyətimi alçaldıcı ifadələr işlətdi, yaşadığım ünvana gələcəyini bildirdi və ailəmlə əlaqədar olaraq müəyyən hədə-qorxu gəlməyə başladı”.

Bundan sonra Tural İrşadla görüşmək istədiyini deyib və sonuncu iş yeri olan dövlət xidmətinin yaxınlığına gəlməsini deyib. Saat 14 radələrində İrşad Yusif Səfərov küçəsindəki həmin ünvana gəlib. Burada onlar arasındakı mübahisə münaqişəyə çevrilib. Tural özü ilə gətirdiyi və soyuq silah hesab edilməyən bıçaqla İrşada zərbələr endirməyə başlayb. Xoşbəxtlikdən bıçaq xəsarətləri daxilə nüfuz etməyib və İrşad Yusifov əli ilə özünü müdafiə edərkən əlindən xəsarətlər alıb. Həmçinin Tural ona kürək və döş qəfəsi nahiyəsində bıçaqla xəsarətlər yetirib. Hadisəni görən ərazidəki yol polisi əməkdaşları dərhal müdaxilə ediblər. Polislərin köməyi ilə İrşad xəstəxanaya yerləşdirilib, Tural isə ərazi üzrə 37-ci Polis Bölməsinə təhvil verilib.

Məhkəmə prosesi müddətində ev dustağı olan təqsirləndirilən şəxs yekunda şərti cəzaya məhkum edilib.

Onun azyaşlı övladlarının olması, ilk dəfə cinayət törətməsi və sair yüngülləşdirici hallar nəzərə alınaraq hakimlər kollegiyası yüngül cəza növü tətbiq edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR