Gəncədə əcnəbi vətəndaşa qarşı cinayət - Sumqayıtda ələ keçdilər
Bizi izləyin

Kriminal

Gəncədə əcnəbi vətəndaşa qarşı cinayət - Sumqayıtda ələ keçdilər

Kəpəz RPİ-yə müraciət edən əcnəbi vətəndaş R.Mustafa sentyabrın 19-da saat 3 radələrində Gəncə şəhəri Hacıməlik qəsəbəsi ərazisində 3 nəfərin onu kəsici alətlə hədələyib 428 manat pulunu aldıqlarını bildirib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdalarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Sadıqov, əvvəllər məhkum olunmuşlar - R.Tağıyev və K.Abbasov avtomobillə birgə Sumqayıt şəhəri ərazisində saxlanılıblar.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm