Kriminal
Sumqayıtda narkotiki yayan şəxslər ələ keçdİ - FOTO
Sumqayıtda narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi 3-cü polis bölməsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş “Nakolka Samir” ləqəbli Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov saxlanılıb. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif narkotik maddələr aşkar edilib. Belə ki, Samir Baxışovdan müxtəlif çəkilərdə 17 büküm narkotik vasitə olan heroin, İbrahim Əliyevdən narkotik tərkibli amfetamin, Murad Cumatovdan isə 1 büküm heron götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.
Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO