Bərdədə qayçı ilə törədilən qətllə bağlı YENİ XƏBƏR
Bizi izləyin

Kriminal

Bərdədə qayçı ilə törədilən qətllə bağlı YENİ XƏBƏR

Bərdədə qətl törədən şəxsin cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Publika.az-a Bərdə Rayon Prokurorluğundan verilib.

Bildirilib ki, iyunun 27-də Bərdə rayonu, İmirli kənd sakini Toğrul Abdullayevin rayon ərazisində öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Musayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm