• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

"Bandotdel" Beyləqanda əməliyyat keçirdi - VİDEO

  • Kriminal
  • 1 Noyabr 2021 13:26
  • 619 Baxış
"Bandotdel" Beyləqanda əməliyyat keçirdi - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə Beyləqan rayonu Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd daraq, 1 ədəd süngü bıçaq, 2 ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Zamiq Əhmədli barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR