Xırdalanda parkda 15 yaşlı oğlanın qanını tökdülər
Bizi izləyin

Kriminal

Xırdalanda parkda 15 yaşlı oğlanın qanını tökdülər

Abşeron rayonunda gənc oğlan bıçaqlanıb.

Hadisə noyabrın 8-i saat 17 radələrində rayonun Xırdalan şəhəri ərazisində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2006-cı il təvəllüdlü T.Yunuszadəni aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm