• USD 1,7000 0,00% EUR 1,9195 -0,07%
    • GBP 2,2499 -0,41% RUB 0,0231 +0,43%

Azərbaycanda 29 yaşlı oğlan keçmiş xanımının sevgilisini qanına qəltan etdi - TƏFƏRRÜAT

  • Kriminal
  • 18 Noyabr 2021 09:45
  • 1 969 Baxış
Azərbaycanda 29 yaşlı oğlan keçmiş xanımının sevgilisini qanına qəltan etdi - TƏFƏRRÜAT

Noyabrın 16-da gecə saatlarında Göyçay şəhərində 1992-ci il təvəllüdlü Mirzəyev Fərid Rza oğlunun tanışı, 1989-cu il təvəllüdlü Məmmədov Vüsal Elçin oğluna çoxsaylı bıçaq zərbələri endirirək onu öldürməyə cəhd etməsi hadisəsinin təfərrüatları üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisə Göyçayın N.Nərimanov küçəsindəki evdə baş verib. Belə ki, Fərid Mirzəyev keçmiş həyat yoldaşı S.Ağayeva ilə Vüsal arasında münasibətin olması və onların qeyri-rəsmi ər-arvad kimi yaşamasını öyrəndikdən sonra onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, özü ilə gətirdiyi bıçaqla 32 yaşlı Vüsal Məmmədova çoxsaylı zərbələr endirib. Döş qəfəsi və qarın boşluğundan öldürücü xəsarətlər alan Vüsal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmıb. F.Mirzəyev hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nizam

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR