Bakıda 27 yaşlı gənc evində xəncərləndi
Bizi izləyin

Kriminal

Bakıda 27 yaşlı gənc evində xəncərləndi

Bakıda tanışı tərəfindən xəncərlə vurulan gənc ağır yaralanıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Kamran Şakir oğlu Musayev Kamil Balakişiyev küçəsində yaşadığı evdə tanıdığı şəxs tərəfindən xəncərlə xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona baş və sol qolun geniş həcmli yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm