• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Bakıda şok cinayət: Kirayə yaşayan qadının evinə basqın etdilər

  • Kriminal
  • 21 Noyabr 2021 01:40
  • 723 Baxış
Bakıda şok cinayət: Kirayə yaşayan qadının evinə basqın etdilər

Bakının Xətai rayonunda kirayədə yaşayan qadının mənzilinə basqın edilib.

Publika.az xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən noyabrın 12-də Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını, həmçinin rayon ərazisindəki bir evdən 2 560 manat dəyərində inşaat materiallarını oğurladığına görə tutulan R.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun T.Həmidov və digər 1 nəfərlə birlikdə noyabrın 9-da rayon ərazisində kirayədə yaşayan bir qadının mənzilinə daxil olub hədə-qorxu gəlməklə 1 700 manat pulunu və 2 000 manat dəyərində qızıl-zinət əşyalarını almaları da müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov da saxlanılmıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR