Ağdamda 29 yaşlı kişi bıçaqlandı
Bizi izləyin

Kriminal

Ağdamda 29 yaşlı kişi bıçaqlandı

Ağdamda 29 yaşlı kişi bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.

Rayonun Seyidli kənd sakini Mustafayev Elvin Rizvan oğlu naməlum şəxs tərəfindən bıçaqla vurulub. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. E.Mustafayev təcili tibbi yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm