• USD 1,7000 0,00% EUR 1,9195 -0,07%
    • GBP 2,2499 -0,41% RUB 0,0231 +0,43%

Azərbaycanda nişanlı oğlandan dəhşətli əməl: Taksi sürücüsünü öldürdü - FOTO/YENİLƏNDİ

  • Kriminal
  • 24 Noyabr 2021 11:05
  • 5 063 Baxış
Azərbaycanda nişanlı oğlandan dəhşətli əməl: Taksi sürücüsünü öldürdü - FOTO/YENİLƏNDİ

Prokurorluq Salyanda törədilmiş qətllə bağlı məlumat yayıb.

Salyan rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, noyabrın 23-ü saat 21 radələrində Salyan rayon sakini 1992-cu il təvəllüdlü Səbuhi Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Səbuhi Qasımovun sol döş qəfəsi və baş nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tural Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*****

Salyanda qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Babazanlı kəndində yaşayan Tural Nəzərov oraya idarə etdiyi taksi ilə gələn Səbuhi Sərdar oğlu Qasımov ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Bildirilir ki, qətli törədən şəxs nişanlıdır və bu yaxınlarda toyu olacaqmış.

Qətlə yetirilən gənc isə özünə məxsus "VAZ 2107" markalı avtomobillə Salyanda taksi fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı cinayət işi açılıb, hadisənin hansı səbbədən baş verməsi araşdırılır.

Mərhum Səbuhi Qasımovun fotosunu təqdim edirik.

Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR