Həbsdə olan atasına dovğanın içində narkotik apardı
Bizi izləyin

Kriminal

Həbsdə olan atasına dovğanın içində narkotik apardı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3 və 99.1.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zəbişah Kamal oğlu Şahverdiyevə oğlu Abşeron rayon sakini Azər Zəbişah oğlu Şahverdiyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı dovğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 6,096 qram olan narkotik maddə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm