Azərbaycanda daha bir qadın cinayəti - 23 yaşlı bacısını öldürdü
Bizi izləyin

Kriminal

Azərbaycanda daha bir qadın cinayəti - 23 yaşlı bacısını öldürdü

Dekabrın 4-ü saat 21 radələrində Şabran rayonu, Çaraq kənd sakini 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın yaşadığı evin həyətində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Publika.az rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1992-cı il təvəllüdlü Rüfət Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rüfət Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm