Mingəçevirdə avtomobilində odlu silah gəzdirən şəxs tutuldu
Bizi izləyin

Kriminal

Mingəçevirdə avtomobilində odlu silah gəzdirən şəxs tutuldu

Mingəçevir şəhər sakini M.Nuriyev saxlanılmışdır Mingəçevir ŞPŞ-yə dekabrın 4-də bir nəfərin Yevlax rayon sakini E.Poladovu və Tərtər rayon sakini E.Vəliyevi silahla hədələməsi barədə məlumat daxil olub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin şəxsin Mingəçevir şəhər sakini M.Nuriyev olması müəyyən edilib.

Görülmüş tədbirlərlə o, saxlanılıb. İdarə etdiyi “NAZ-Lifan” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olan “Dərya MK-12” markalı ov tüfəngi götürülüb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm