Kriminal
Azərbaycanda 5,8 milyonluq cinayətlə bağlı YENİ XƏBƏR
Nəsibov Məzahir Dursun oğlunun qanunsuz əməlləri ilə əlaqədar aparılmış istintaq tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Publika.az Baş Prokurorluğa istinadən xəbər verir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məzahir Nəsibovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu bildirib, vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə qeyd olunan Birliyin üzvü olmayan cəmi 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məzahir Nəsibova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü