Gəncədə qətl törədildi
Bizi izləyin

Kriminal

Gəncədə qətl törədildi

Ötən gecə Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində 46 yaşlı kişi qətlə yetirilib.

Publika.az xəbər verir ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimov şah damarının kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü Afdandil Kərimov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm