Kriminal
Bakıda restoranda musiqi sifarişinə görə dava: ölən və yaralanan var - Video

Martın 16-sı saat 03 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon prokurorluğundan Publika.az-a bildirilib ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xüliqanlıq) maddələri cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
xxx
07:40
Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Publika.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.

-
Dünya16:33
Ərzağın qiyməti ucuzlaşdı - Rəsmi açıqlama
-
İdman16:02
İstanbul finalından öncə siyasi qalmaqal: UEFA-da ara qarışdı
-
Rəsmi xronika15:57
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:28
İlkin Süleymanov son sözünü dedi - YENİLƏNDİ
-
İdman14:45
Gözəlliyi başına bəla oldu, idmanı bu sahəyə dəyişdiyini açıqladı - FOTOLAR
-
Sosial13:49
Pul qazandır, amma hörmət görmə: Azərbaycanda banklar bu müştərilərə niyə dəyər vermirlər?
-
Region12:58
Azərbaycanlı teleaparıcı Türkiyədə "vay-vay"la gündəm oldu - VİDEO
-
ABŞ12:20
Gözlənilən qanun layihəsi təsdiqləndi - İyunun 5-dən...