Kriminal
İdman yarışında Turanı öldürən şəxsin məhkəməsinin vaxtı məlum oldu

Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses martın 28-nə təyin edilib.
Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən il noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini, 2006-ci il təvəllüdlü Tural Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, T.Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən R.Səfixanovun atası, Əməkdar məşqçi Elçin Səfixanovdur. (Pravda.az)

-
Magazin108:24
Tanınmış aparıcı xanımını belə təbrik etdi - FOTO
-
Art07:47
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi... - VİDEO
-
Magazin207:30
Məşhur müğənni 83 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin105:45
“Gündə bir ər tapım?” - VİDEO
-
Kriminal00:30
Məşhur model şəxsi brendi üçün vannada çılpaq pozalar verdi - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onun çirkin əməlininin üstünü aça bilərsiniz
-
Dünya6 İyun 22:41
Serenay dəniz sezonunu belə açdı - FOTO
-
İdman6 İyun 22:36
Dünyanın ən bahalı futbol brendi MƏLUM OLDU