Bakıda dilənçinin evinə basqın: Görün nə qədər pulunu apardılar
Bizi izləyin

Kriminal

Bakıda dilənçinin evinə basqın: Görün nə qədər pulunu apardılar

Bakıda əlil övladı ilə birgə dilənçilik edən qadına qarşı quldurluq cinayəti baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl Nəsimi rayonu “Kubinka” adlanan ərazidə qeydə alınıb. Orada kirayədə yaşayan Yevlax rayon sakini Səliqə Bayramovanın (soyadlar şərtidir) evinə gecə saat 02 radələrində hamamın nəfəsliyindən daxil olan Ruslan adlı şəxs çarpayıda yatan qadına hücum edib. O, qadını öldürəcəyi ilə hədələyərək 150 manatını alıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətmiş 2000-ci il təvəllüdlü Ruslan Xasıyev tutulub. Məlum olub ki, Ruslan da Yevlax sakinidir və Bakıda dilənçiliklə məşğuldur. O, həmkarı Səliqənin üzərində pul olduğunu bilib və gecə qadının əlil övladı ilə birgə yaşadığı mənzilə daxil olaraq pulları ələ keçirməyə qərar verib.

Nəsimi RPİ-nin keçirdiyi əməliyyatla Ruslan Xasıyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq) maddəsi ilə iş açılıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin 15 noyabr 2023-cü il tarixli hökmü ilə dilənçi qadına qarşı quldurluq etmiş şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm