Arvadını baltalayaraq öldürən şəxsə hökm oxundu
Bizi izləyin

Kriminal

Arvadını baltalayaraq öldürən şəxsə hökm oxundu

Gədəbəy rayonunda 32 yaşlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirən rayonun Şəkərbəy kənd sakini 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevə hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Elməddin Abdullayev Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Məlum olub ki, E.Abdullayev heç bir səbəb olmadan yaşadığı evin həyətindəki tövlədə həyat yoldaşına balta ilə hücum edib. Belə ki, 32 yaşlı Könül Abdullayeva tövlədə kürəyinə yaylıqla 3 yaşlı körpəsi bağlı halda təmizlik işləri aparırmış. Bu zaman onun digər iki azyaşlı övladı da tövlədə olub. Tövlədən kənarda olan Elməddin həmin vaxt balta götürərək tövləyə girib və arvadına hücum edərək onun baş nahiyəsinə zərbələr endirib.

Ağır xəsarətlər alan qadın uşaqlarının gözü qarşısında ölüb.

Məhkəmədə Elməddin Abdullayev törətdiyi əməlin səbəbini göstərə bilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə o, 17 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm