Kriminal
Gömrük generalının biznesmen qardaşı ilə bağlı qərar verildi

Delta Qrup C.O. MMC-nin rəhbəri İlkin İmran oğlu Şabanov Məhəmməd Niyaz oğlu Cahangirzadəni və onun rəhbəri olduğu Pacific Bread MMC–ni (№1 Çörək Zavodu) əmək münasibətləri ilə bağlı məhkəməyə verib.
Publika.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, İ.Şabanov iddia ərzəsində direktor vəzifəsindən azad olunmasını istəyib, yəni qanuni təmsilçi olmaq istəməyib.
Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrlik etdiyi iclasda qərar çıxarılıb.
Qərara görə, İ.Şabanovun iddiası qismən təmin olunub. Onun vəzifəsindən uzaqlaşdırılması üçün öhdəlik təmin olunub.
Bundan sonra tərəflər Bakı Apellyasiya Məhkəməsinə üz tutublar. Yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, Cahangir Cahangirzadə 2001-2011-ci illərdə “Beynəlxalq Bank”ın Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri olub. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin cinayət işində adı keçib.
Qeyd edək ki, Məhəmməd Cahangirzadə hazırda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirovun qardaşıdır. Anar Cahangirov Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyevlə kirvədir.

-
Kriminal01:11
Azərbaycanlı qadın müğənni qardaşı tərəfindən ÖLDÜRÜLDÜ - “Həbsdən zəng edib demişdim ki...”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
Magazin117 Aprel 19:12
Anasını itirdikdən sonra ilk dəfə efirə çıxdı - VİDEO