Livanlı dizayner modapərəst xanımları vəcdə gətirdi - FOTOLAR
Bizi izləyin

Dəb

Livanlı dizayner modapərəst xanımları vəcdə gətirdi - FOTOLAR

Dünən Parisdə Yüksək Moda Həftəsi çərçivəsində “Elie Saab”-ın yeni kolleksiyasının nümayişi keçirilib.

Livanlı dizayner kolleksiyaların yaradılmasında ənənəvi üslubundan istifadə etsə də, qonaqları hər dəfəsində təəccübləndirmək qabiliyyəti ilə seçilir. Dizayner hər yeni kolleksiyası ilə dünyanın bütün modapərəstlərini vəcdə gətirir. Eli Saab hələ də şahzadə xanımlar kimi görünmək arzusunda olan qızların xəyallarını reallaşdırmaqda davam edir. Onun Paris Yüksək Moda Həftəsində nümayiş olunan yeni kolleksiyası da istisna olmadı.

Dünənki dəfilədə modellər kristallarla işlənmiş krujeva geyimləri nümayiş etdiriblər. Lakin bu dəfə o, öz pərəstişkarlarına daha bir xoş sürpriz etmək qərarına gəlib. Belə ki, podiuma çıxan hər bir qızın saçlarını dəbdəbəli taclar bəzəyib. Çox güman ki, məhz bu səmimi münasibəti və potensialı Eli Saaba müştərilərin kütləvi məhəbbətini qazandırıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm