Paris dəb həftəsinin ən sarsıdıcı kolleksiyası - FOTOLAR
Bizi izləyin

Dəb

Paris dəb həftəsinin ən sarsıdıcı kolleksiyası - FOTOLAR

Paris Moda Həftəsinin ən yaxşı kolleksiyalarını təqdim etməkdə davam edirik. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu dəfə digər sevilən livanlı dizayner Zuhair Muradın yeni kutyur kolleksiyası nümayiş olunub.

Dəbdəbəli axşam və toy paltarlarının müəllifi yeni kolleksiyası ilə minlərlə qadının rəğbətini və sevgisini qazanıb. Livanlı dizaynerin kolleksiyaları haqqında söz düşəndə onun füsunkarlığı və zərifliyini vurğulamamaq mümkün deyil. Dizaynerin yeni kolleksiyası əvvəlki modelləri ilə oxşar olsa da, incəliyin və bərbəzəyin həddi-hüdudu yoxdur. Bunun üçün dəb paytaxtında nümayiş olunan dəfiləyə baxmaq kifayətdir. “Yüksək dəbin Şərq şahzadəsi” kimi tanınan Zuhair Muradın ideal yaradıcılığı istənilən qadına gözəl duyğular yaşatmaq gücünə malikdir.

Kolleksiya çox sarsıdıcı alınıb. Zuahir Murad bu kolleksiyanın yaradılmasında gecədən və sayrışan ulduzlardan ilham alıb. Geyimlərin əksəriyyəti ulduz detalları, payetlər və strazlarla bəzədilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm