Gəlin saçları üçün gül bəzəkləri - FOTOLAR
Bizi izləyin

Dəb

Gəlin saçları üçün gül bəzəkləri - FOTOLAR

Ağappaq paltar və makiyaj, manikür gəlinin mühüm atributlarıdır. Lakin bütün bunlarla yanaşı daha bir vacib məqam gəlinin saç düzümdür. Hansı ki, onsuz gəlin obrazı tamamlanmayacaq. Toy üçün saç düzümləri olduqca müxtəlifdir, ona görə də öz obrazı üzərində gəlinlərə yaxşı düşünmək lazım gələcək.

Toy üçün üz quruluşuna və gəlinliyə uyğun saç düzümünü necə seçməli?

Toya ciddi yanaşmaq lazımdır, çünki düzgün seçilmiş saç düzümü gözəl gəlin obrazını daha təsirli edəcək.

1. Miniatür üz cizgilərinə malik olan xanımlar açıq qoyulmuş iri dalğalı tellərlə üstünlük verməlidirlər. Üstəlik, buruqlar uzun saçlarda gözəl görünürlər.

2. İri üz cizgilərinə malik olan həcmli saç düzümlərindən imtina etməlidirlər. Çünki belə saç düzümləri onların nöqsanlarını gizlətmək əvəzinə, daha da bəlli edəcək. Bu halda hamar saç düzümü, müxtəlif bəzək əşyaları və aksessuarlar əla variant olacaq. Aksessuarları yanlardan və ya qabaqdan taxmaq risklidir.

3. Uzun üz quruluşuna malik olanlara gəlinlərə yuxarıda yığılmış saç düzümü etmək qəti tövsiyə olunmur. Əks halda, bu saç tərzi mənasız və gülməli görünəcək.

4. Saçları yana tərəf daramaq burnu uzun olan xanımlar üçün düzgün seçilmiş saç düzümüdür. Yana daranmış saç düzümü burnu vizual azaldacaq.

Gül və bəzək əşyaları

Güllərlə bəzənmiş saçlar yay aylarında toya hazırlaşan gəlinlər üçün ən uyğun saç düzümləridir. Güllər həm uzun, həm də qısa saçlı xanımların ayrılmaz aksessuar kimi çıxış edir. Gül aksessuarları gəlinlərin əsas tamamlayıcı bəzəyi kimi çoxdan populyarlıq əldə edib. Bu bəzəklər ağ gəlinliklə ideal harmoniya yaradır, gəlini incə və daha zərif göstərir. Güllərin saçda effektli görünməsi üçün bəzi incəlikləri bilmək lazımdır.

Həssas və nazik saçlara sahib olanlara ancaq bir, lakin çox böyük ölçülü güldən istifadə etmək tövsiyə olunur.

Əgər saçlarınız qalın və parıltılı olması ilə fərqlənirsə, kiçik ölçülü zərif qönçələr seçmək lazımdır. Çünki iri qönçələr istifadə etsəniz, gəlinin tərzi qeyri-mütənasib şəkildə görünəcək.

Saçları bəzəmək üçün təbii güllərdən istifadə etmək qərarına gəlmisinizsə, onda mütləq floristə (nəbatatçıya) müraciət etmək lazım gələcək. Onlar hansı güllərin saçda gözəl və təravətli göründüyün yaxşı bilirlər.

Toyda saçları bəzəmək üçün adətən incə, ağ, çəhrayı kimi xoş rəngli güllərdən istifadə olunur.

Qeyri-adi bəzək əşyaları da indi xeyli aktualdır, bu möhtəşəm saç sancağı, maraqlı lent və ya olan krujevalı sarıq ola bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm