Kişilər üçün 2015-2016-cı ilin pencək dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Kişilər üçün 2015-2016-cı ilin pencək dəbi - FOTOLAR

Bu mövsüm kişilər dəbli görünmək üçün necə pencəklərə üstünlük verməlidir?

Pencəklər kişi qarderobunun əsas atributudur. O, kişinin ciddi və işgüzar olmasından xəbər verir. Məhz pencək obrazın başa çatdırılmasına və tam formalaşdırmağa kömək edir. 2015-2016-cı ilə üçün modelyerlər və dizaynerlərin təklif etdiyi pencək fasonları çox çeşidlidir. Əziz kişilər, bu məqaləmizdə pencək dəbi haqqında danışacağıq. Publika.az 2015 və 2106-cı il üçün aktual olan pencək modellərini araşdırıb.

Birdüyməli və ikidüyməli pencəklər bu mövsüm də öz mövqelərini dəyişməyiblər. Onlar əvvəlki kimi trenddir. Zövqünüzdən və bədən quruluşunuzdan asılı olaraq pencəklər bədənə kip otura, yaxud da “оversize” yəni, boş kəsimli ola bilər.

Dəri gödəkcələrin yerini son illərdə dəri pencəklər tutur. Onlar həmişə zərif və dəbdəbəli görünürlər. Bu mövsüm dəri pencəklərin klassik qara, göy, qəhvəyi, xaki və xardal rəngləri aktualdır.

“Casual” stil istənilən mövsümdə əlverişlidir. Ona görə də təəccüblü deyil ki, cins şalvarla pencəyin kombini də bu mövsüm trendlərinin siyahısına daxildir.

Dənizçilik mövzusunda kazual, retro və safari stilində pencəklər bu mövsüm xüsusi ilə üstünlük təşkil edir.

Payız aylarında isə məxmər kimi yumşaq və parlaq, o cümlədən cins kimi təbii parçadan tikilən kişi pencəklərin dəbdə olacağı proqnozlaşdırılır.

Üfüqi və şaquli zolaqlı və xırda həndəsi şəkilli pencəklər mövsümün trendləri arasında yer alır.

Bu mövsüm kişilər arasında dəbə qolsuz pencək tərzində jiletlər də minəcək.

Klassik kişi pencəyindən əlavə, idman tərzində tikilən pencəklər də xeyli aktualdır. Yer gəlmişkən, onlar moda dünyasına daxil olması ilə klassik modellər hakimiyyətini itirməyə başladı. İdman stilli pencəyin klassiklərə nisbətən alıcılar tərəfindən daha çox seçilməsinin əsas səbəblərindən biri onun gündəlik geyimlərimizlə rahatlıqla uyğunlaşmasıdır. İdman pencək ilə uyğunlaşdıracağınız geyimlərin klassik geyimlərdən digər bir fərqi də istənilən mühitdə özünüzü rahat hiss etməyinizə şərait yaratmasıdır.

Sonda qeyd edək ki, pencək dəbində qəhvəyi, tünd göy, sarı, qırmızı və narıncı, zeytun və nanə yaşılı, açıq-yaşıl, rənglər üstünlük təşkil edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm