Castin Biberin qalmaqallı sevgilisinin təmtəraqlı qarderobu - FOTOLAR
Bizi izləyin

Dəb

Castin Biberin qalmaqallı sevgilisinin təmtəraqlı qarderobu - FOTOLAR

Uşaq telekanalı “Disney”-in yetişdirməsi olan Selena Qomez yeniyetməlik yaşlarından tanınır. Bu gün isə o, Hollivudun ən çox qazanan ulduzlarından birinə çevrilib. O, həm kinoaktrisasıdır, həm ifaçıdır, həm də moda evlərinin reklamlarına çəkilir. Dünya şöhrəti qazanması isə bu bacarıqlarına borcludur. Selena Qomezin məşhurluq qazanmasının digər səbəbi isə məsum gözəlliyi və özünəməxsus stilidir. Bu üstünlüyü aktrisaya stil ikonası adını qazandırıb. Bu gün isə bu qızcığazın doğum günüdür. Onun 23 yaşı tamam olur. Publika.az bu münasibətlə Selena Qomezin ən yaxşı stillərini xatırlamağı təklif edir.

Selena Qomes öz obrazında detallara xüsusi diqqət yetirir və hesab edir ki, istənilən geyimi tamamlayan maraqlı nə isə olmalıdır. Orijinal, qeyri-adi kəmər, gur bantları və s. Bununla da digər stil ikonalarından fərqlənir.

Moda və nümayişlərini yaxından izləyən Selena Qomezin hər çıxışı mükəmməldir. O, “Marchesa”, “Versace”, “Dolce&Gabbana” brendlərindən geyinməyə üstünlük verir.

Selena Qomez qırmızı xalı mərasimlərində qısa axşam şortlarında görünür. Son vaxtlar isə o, çox gözəl ziyafət paltarları, həm də cəsarətli dekoltesi ilə pərəstişkarlarını sevindirir. İndi ulduzun obrazını əminliklə zərif adlandırmaq olar. Selena Qomezin bədən quruluşu da ona istənilən paltarı, müxtəlif fasonları geyinməyə imkan verir: döşəməyə qədər uzanan, super qısa, kokteyl və ya futlyarlar.

Selena Qomez adi həyatda yumşaq və rahat, bəzən isə çox hündür dabanlı çəkmələrə, yaxud yastıdaban baletkalara üstünlük verir. Dəvətlərdə isə adətən “Casadei” və “Christian Louboutin” kimi ən nüfuzlu ayaqqabı brendlərdən geyinir.

Gündəlik həyatda Selena minimum bəzək əşyaları ilə kifayətlənir. Qırmızı xalıda isə Selena parlaq bəzək əşyaları seçir: iri sırğalar, iri bilərzik, çoxqatlı zəncirlər və s.

Onun uzun və qalın saçı istənilən yığımı etməyə imkan verir. Ulduz eyni tərzdə görünməkdən sıxılır. Ona görə də, saçını tez-tez boyayır. Amma at quyruğu və ya hörüklər aktrisanın sevimli saç düzümüdür.

Makiyaja gəldikdə isə o, geyimdə olduğu kimi cəsarətli davranmır. Qırmızı xalı çıxışlarında isə təbii gözəlliyini vurğulamaq üçün sadə makiyaja üstünlük verir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm