Dəb
Qolu valanlı köynəklər çox dəbdədir - FOTOLAR
70-ci illərin dəbi bu il üçün də aktualdır. Belə ki, həmin illərə aid dəbin ayrı-ayrı detalları sıra ilə gündəmə gələrək mövsümün trendinə çevrilir.
Uzun zamandır ki, həcmli və valanlı geyimlərin: ispansayağı qaraçı ətəklərin, peplum donların, valanlı bluzların və sairin dəbdə olduğundan xəbər vermişdik. Bu dəb cərəyanına artıq valanlı qolları olan köynəklər də daxil oldu. Publika.az-ın dəb bölməsi xəbər verir ki, 70-ci illərin valanlı köynək dəbi bu il trend olmağa iddialıdır.
Qollardakı valanlar hər kəsin zövqünə uyğun tikilib. Onların həm həcmli, həm sadə variantlarına rast gələ bilərsiniz. Həddindən artıq şişirdilmiş qollar axşam dəvətləri üçün yaxşı seçimdir.
Qolu valanlı köynəklər dəb bloqqerlərinin də diqqətindən yayınmayıb. Küçə dəbini işğal edən zınqırovsayağı qolları olan ağ köynəklər xüsusilə nəzərə çarpır. Onların açıq çiyinli variantları isə xanımları olduqca romantik və zərif göstərir.
Qollar həcmli olduğu üçün onu dar paltarlarla kombin etdikdə xoş görünür. Dar şalvarlar, ya da qələm ətəklər bu tərz köynəklərlə mükəmməl harmoniya yaradırlar.
Həmin köynək dəbinə aid bir neçə nümunəni nəzərdən keçirməyi unutmayın.
Aytən
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...