“Bu donu iri sinəli xanımlar geyinməsin!” - FOTOLAR
Bizi izləyin

Dəb

“Bu donu iri sinəli xanımlar geyinməsin!” - FOTOLAR

“Herve Leger” moda evinin nümayəndəsi Patrik Kuderk qalmaqala səbəb olan açıqlamalar verib.

Publika.az xəbər verir ki, dizayner “Mail on Sunday” qəzetinə verdiyi müsahibəsi ilə xanımları qəzəbləndirib.

Belə ki, Kuderk bandaj donun dolu bədənli, iri sinəli və böyük ombalı xanımlar üçün uyğun olmadığını deyib. O, paltarı geyinməyi lezbiyanlara da qadağan edib:

“Əgər siz lezbiyan olduğunuzdan əminsinizsə, onda bu cür don almayın. Çünki lezbiyanlar kişisayağı paltarı daha çox xoşlayırlar. Siz sinələrinizin bir qədər sallandığını görməyə bilərsiniz. Amma yaşınız 50-55-i haqlayıbsa, onları nümayiş etdirməyə dəyməz. Özünüzü 23 yaşlı gənc qızlar kimi aparmayın!”

Bu bəyanat xanımların narazılığına səbəb olub. Məsələn, komediya aktrisası Marqaret Ço “Herve Leger” markasını boykot edib və sosial şəbəkədə belə bir status yazıb:

“Herve Leger” brendinin qadınları bu şəkildə təhqir etməsinə çox təəssüflənirəm. Yadımdadır, 90-ci illərdə onların mağazasına getmişdim. Donu əlimdən dartaraq, bu, sizin ölüçlərinizə uyğun deyil, donu korlayarsınız, dedilər. Öz bədənindən utanan dizaynerlər, cəhənnəm olun! Biz nə istəyiriksə, onu da geyinəcəyik! Yaş, seksual oriyentasiya, bədən ölçüləri bu donu geyinmək üçün kriteriyalar olmamalıdır. Ey, mister Kuderk, lezbiyanlar bu donu almayacaq! Ümid edirəm ki, təkcə lezbiyanlar yox, digər qadınlar da sizin brenddən imtina edəcəklər!”

Yeri gəlmişkən, Kuderkin təmsil etdiyi brendin rəhbərliyi bu qalmaqala artıq münasibət bildirib:

“Şirkət Kuderkin açıqlamalarından şoka düşüb və hiddətlənib. Biz Londondakı həmkarlarımızla vəziyyəti aydınlaşdırmağa və növbəti addımlar atmağa hazırlaşırıq. Mister Kuderkın sözləri brendin ideyası ilə uzlaşmır. Biz heç bir ayrı-seçkilik qoymadan qadınların öz zərifliyini, həssaslığını, qlamurluğunu vurğulamağın tərəfdarıyıq”.

Xatırladaq ki, sözügedən İngiltərə markası bandaj-donların ixtirası ilə tanınıb. Əfsanəvi bandaj-donlar 80-ci illərdə yaransa da, 2007-ci ildən məşhurlaşıb. İndi bu donların milyonlarla pərəstişkarı var.

Maraqlıdır ki, dizaynerin açıqlamalarının əksinə olaraq, bandaj-donları məhz dolu bədənli qızlar seçirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm