Azərbaycanlıya məxsus kolleksiya İstanbulda podiuma çıxarılacaq
Bizi izləyin

Dəb

Azərbaycanlıya məxsus kolleksiya İstanbulda podiuma çıxarılacaq

Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayıl «Afffair» brendinin “Yaz-Yay 2016” kolleksiyasını təqdim edib.

Dizayner Publika.az-a açıqlamasında bildirib ki, onun kolleksiyası oktyabrın 14-də İstanbulda keçiriləcək dəb həftəsi çərçivəsində nümayiş etdiriləcək:

“Bu şahanə bir tədbir olacaq, dünyanın bir çox məşhur dizaynerləri bu tədbirə qatılacaq. Açılışda sürpriz müğənni qonaq da olacaq”.

Xatırladaq ki, Rüfət İsmayıl 2014-cü ildə Əli Benham Bəxtiyar ilə “Afffair” brendini dünyaya tanıdıb. Onun kolleksiyaları böyük uğurla İtaliyada, İranda, Türkiyədə və BƏƏ-də nümayiş olunub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm