• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Vəhşicəsinə öldürülən heyvanların xəzlərini bəh-bəhlə geyinən qlamurlar - FOTOLAR

  • Dəb
  • 1 Oktyabr 2015 18:45
  • 1 697 Baxış
Vəhşicəsinə öldürülən heyvanların xəzlərini bəh-bəhlə geyinən qlamurlar - FOTOLAR

Bir çox dünya ulduzları heyvanların öldürülməsinə qarşı çıxır və dizaynerlərin süni materiallardan istifadə etməsini dəstəkləyir. Başqa bir qrup məşhur isə təbii dəridən hazırlanan üst geyimlərinə üstünlük verir.

Publika.az xəbər verir ki, Cennifer Lopez, Beyons, Rihanna və digərləri kürklərə olan sevgisinə görə tez-tez qınaq obyektinə çevrilirlər.

Hollivud gözəlçələrindən biri Şeron Stoun xəzlərə sadəcə pərəstiş edir. O, axşam çıxışları üçün obrazını ən bahalı və dəbdəbəli kürklərlə tamamlayır. Lakin Şeronun bu sevgisi dəfələrlə heyvan hüquqları ilə məşğul olan təşkilatların qəzəbinə səbəb olub. Hətta radikal fəallar aktrisanın “Şöhrət Xiyabanında" ulduzuna "Köhnə xəzdən tikilmiş ifritə" kimi ifadələr yazaraq onu təhqir ediblər.

Beyons da həmçinin bahalı xəzlər geyindiyinə görə heyvan müdafiəçilərinin tənqidinə məruz qalıb. Bir dəfə Beyons heyvanların necə öldürülməsini göstərən videoya baxdıqdan sonra bildirmişdi ki, daha xəz geyinməyəcək. Zaman isə göstərdi ki, ulduz bu sözləri ciddi deməyib...

Cenifer nəinki xəz sevir, o hətta xəzlərdən ibarət öz geyim kolleksiyasını da buraxıb. Əlbəttə ki, heyvan hüquqlarını müdafiə edən təşkilatlar buna biganə qala bilməzdi. Ceylonun bu hərəkəti heyvan müdafiəçilərinin hiddətinə səbəb olmuşdu. Fəallar öldürülən heyvan şəkillərini yayaraq, etirazlarını bildirmişdilər. Amma ulduz məhkəmə vasitəsi ilə fotoların dərc olunmasına qadağa qoyulmasına nail olub.

Anna Vintur artıq 27 ildir ki, Amerikanın ən nüfuzlu “Vogue” dəb jurnalının redaktorudur. Stil ikonası jurnala rəhbərlik etdiyi ildən bu günə qədər heyvan müdafiəçilərinin bir nömrəli düşmənidir. Məsələ ondadır ki, Vintur xəzlərə pərəstiş edir. Hətta heyvan müdafiəçilərinin restoranda nahar edərkən onun boşqabına ölü yenot atması da Anna Vinturun xəzlərə olan məhəbbətini azaltmadı. Ancaq ehtiyat tədbiri görməklə kifayətləndi. Belə ki, xəz geyinəndə mühafizəsini də gücləndirdi.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR