Payızın çanta dəbi ilə yaxından tanış olun - FOTOLAR
Bizi izləyin

Dəb

Payızın çanta dəbi ilə yaxından tanış olun - FOTOLAR

Payız mövsümünə hazırlıq çoxları üçün ənənəvi olaraq yeni çanta seçimi ilə başlayır. Obrazda hər hansı səhvə yol vermədən trendlərə əməl etməyin ən sadə üsulu qarderoba yeni çanta əlavə etməkdir.

Publika.az-ın dəb bölməsi oxucuları payız-qış aylarının çanta dəbi ilə yaxından tanış edib.

İlan və timsah dərisi

Timsah və ilan dərilərindən bu mövsüm, demək olar ki, bütün aparıcı dizaynerlər kolleksiyalarında geniş istifadə ediblər. İlan dərisi istər kiçik əl çantalarında, istər böyük çantalarda, istərsə də, bel çantalarında çox nəcib görünürlər. Ekzotik növ dərilər və funksional modellər ən aktual variantlardır.

Xəz bəzəkləri

Qışın gəlişi elə xəzlərdən bəlli olur. Odur ki, bu mövsümə uyğun çantalara xəz bəzəklərinin əlavə olunması yeni xəbər deyil. Lakin dizaynerlər ötən ildən fərqli olaraq, bu il daha yumşaq və cəlbedici xəz çantalar təklif edirlər. Kiçik və ya böyük ölçülü çantalar istənilən tərzə uyğundur və sizin qış obrazınıza effektli ştrix əlavə edəcək.

Pank-rok

Bu mövsüm çantalar və klatçlarda pank-rok ahəngi də hiss olunacaq. Metal tikanlar işlənmiş bel çantaları, zəncirli klatçlar payız obrazını seksual göstərmək üçün idealdır. Bu tərz çantalar cins şalvar, dəri gödəkçələr, yaxud qara düz paltolarla əla yaraşır.

Torba çantalar

Bu çantalara "torba" da deyə bilərik. Çünki olduqca böyükdürlər və alış-veriş üçün çox idealdırlar. Klassik torba çantalar bu mövsüm daha rəngli və daha həcmli olacaq. Orijinal üslub həvəskarları bu payız torba çantaların müxtəlif və yeni versiyaları ilə tanış olacaqlar. Klassik tünd-qəhvəyi, uzun kəmərli torba çantalar ofis qarderobu üçün əlverişli olacaq, metal pərçimləmələrlə işlənmiş daha kobud variantı dəri gödəkcə ilə uyğunlaşacaq.

Bel çantaları

Bel çantaları həm çox şıq, həm də rahatlığına önəm verən qadınların seçimidir. Tanınmış dizaynerlər kürəyə taxılan klassik çantaları bu mövsüm fərqli şəkildə şərh ediblər. Belə ki, qaşlar, metal elementlər, zəncirlər, quramalar və printlər darıxdırıcı məktəbli aksessuarları həmin çantaların yaratdığı obrazın ən parlaq detalına çeviriblər. Bir sözlə, kürəyə taxılan çantalar qışın yüksələn trendləri arasındadır.

Çəhrayı çantalar

Çəhrayı çantalar bir çox dizaynerin payız kolleksiyalarının leytmotivi olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm