Livanlı dizaynerin qlamurluqdan uzaq kolleksiyası - FOTOLAR
Bizi izləyin

Dəb

Livanlı dizaynerin qlamurluqdan uzaq kolleksiyası - FOTOLAR

Livanlı dizayner Eli Saab, əsasən, dəbdəbəli axşam geyimləri ilə assosiasiya olunur. Qırmızı xalı mərasimlərini onun təmtəraqlı libasları olmadan təsəvvür etmək mümkün deyil.

Publika.az xəbər verir ki, usta dizayner Paris moda həftəsi çərçivəsində yeni pret-a-porte kolleksiyasını nümayiş etdirib.

Dizaynerin son işi əvvəlki kolleksiyalarından kəskin fərqlənib. Belə ki Eli Saab daş-qaşdan, parıltıdan demək olar ki, imtina edərək bu dəfə podiuma idman üslubunda bomber jaketlər, minimalizm tərzində krujeva donlar çıxarıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm