İtalyan zərgərlik evinin dəbdəbəli saat kolleksiyası - FOTOLAR
Bizi izləyin

Dəb

İtalyan zərgərlik evinin dəbdəbəli saat kolleksiyası - FOTOLAR

“Bvlgari” 130 ildir ki, əsl sənətkarlıq nümunələrinin satışı ilə məşğul olan məşhur italyan brendidir. Publika.az xəbər verir ki, zərgərlik evi bir-birindən möhtəşəm və bahalı ləl-cavahiratlarla işlənmiş yeni saat kolleksiyasını təqdim edib.

“Bvlgari” bu dəfə öz alıcılarını bağa dəvət edib. Zərgərlik evinin buraxdığı yeni saat kolleksiyasının əsas mövzusunu tropik bağlar, sualtı fauna və flora, eləcə də müxtəlif heyvan fiqurları təşkil edib. Saatların siferblatlarını da bu mövzuda çəkilmiş zərif dekorativ şəkillər, miniatür rəsmlər və mozaikalar bəzəyib.

Əsl sənətkarlıq nümunəsi nümayiş etdirən zərgərlər saatların hazırlanmasında 18 karatlıq çəhrayı qızıldan, platindən, çoxlu sayda brilyant qaşlardan, o cümlədən yaqutdan istifadə ediblər. Saatların kəmərləri isə timsah dərisindəndir. Siferblatlarda əks olunmuş balıq və tutuquşu təsvirləri lap canlı görünür.

Qeyd edək ki, su keçirməyən bu saat kolleksiyası məhdud sayda buraxılıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm