İlhamını qış meyvələrindən alan dəstlər - FOTOLAR
Bizi izləyin

Dəb

İlhamını qış meyvələrindən alan dəstlər - FOTOLAR

İlhamını qış meyvələrindən alan dəstlər - FOTOLAR

2015-2016-cı ilin payız-qış mövsümünə meyvələrin rəngli dünyası damğasını vurur. Məsələn, portağal, naringi, nar, qreypfrut, banan, kivinin rəngləri aktuallaşır.

Dünyanın bir çox dizaynerləri də payız-qış kolleksiyalarını məhz bu cəlbedici meyvə rənglərinə həsr ediblər! Publika.az-ın dəb bölməsi həmin rəngləri düzgün uyğunlaşdırmağın yollarını izah edib.

Nar qırmızısı

Min illik tarixi olan, adı mahnılarda keçən narın insan sağlamlığına faydalarını saymaqla bitmir. Bərəkət rəmzi olan nar qış qarderobuna qonaq gəlib. Adətən, qara rənglə assosiasiya olunan dəri geyimlər qışın əvəzolunmazıdır. Lakin son illərdə dizaynerlər dərilərin qırmızı, yaşıl, göy rənglərini dəbə gətiriblər. Həmin dəstlərdə nar rəngində dəri ətək yer alıb. “Gucci”-dən olan qırçınlı uzun dəri ətəyi trikotaj sviter və qara çəkmələrlə tamamlayaraq, qəşəng bir qış stili yarada bilərsiniz. Qara dəri gödəkcə isə obrazı ideal şəkildə tamamlayacaq.

Renkli Tesettür Giyim Kombinleri

Portağal eşqi

Portağalın faydası C vitamini ilə məhdudlaşmır. Belə ki, portağal 20-dən çox mineralla zəngin olan təbii dərmandır. Qışın bu sevilən meyvəsi ancaq sağlamlıq üçün faydalı deyil, onun rəngi də ətrafa pozitiv enerji yayır, xoş atmosfer yaradır. Odur ki, pozitivliyinizi hər kəsə ötürmək istəyirsinzisə, portağal rəngində geyimlər alın.

“Mark Jacobs” brendinə aid olan bu paltarda narıncı rəng qara dona sanki işıq verir. Məncə, bu qış portağal rəngləri ilə işlənmiş belə bir paltara hər kəs sahib olmaq istər. İdman üslubunda tikilmiş bu paltarı ağ ked, portağal rəngli çanta ilə tamamlayın.

Renkli Tesettür Giyim Kombinleri

Limon sarısı

Bu qış limona yalnız faydalı ərzaq kimi baxmayın, həm də qarderobunuza daxil edin. Faydasına baxmayaraq, limonu tək yemək mümkün deyil. Odur ki, qarderobunuzda da dəsti bütünlüklə bu rəngdən təşkil edə bilərsiniz. Dizaynerlər limon sarısını, xüsusilə qara ilə birləşdirməyi təklif edir. “Piter Pilotto” kolleksiyasından seçdiyimiz zolaqlı uzun jileti limon sarısı şərf ilə uyğunlaşdırmışıq. Tünd yaşıl çanta isə dəstə müsbət enerji saçır.

Renkli Tesettür Giyim Kombinleri

Kivi yaşılı

1900-cı illərin əvvəllərində Çinin cənubunda yetişib dünyanın hər yerinə yayılan kivi əsl vitamin anbarıdır. Dəri gözəlliyi üçün faydalı xüsusiyyətlərə malik olan bu meyvə obraza da ürəkaçan rəng bəxş edir.

Yaşılın hər tonu sevilən rəngdir. Kivi yaşılı isə xüsusi ilə ecazkardır. Sarıdan fərqli olaraq kivi yaşılını bir neçə yerdə rahatlıqla istifadə etmək olar. Lakin gözləri yormamaq üçün dəstə mütləq moruq tonlarında çanta və ayaqqabı əlavə edin.

Renkli Tesettür Giyim Kombinleri

Balqabaq narıncısı

Hər mövsüm dizaynerlər bizə qarderobumuzda mütləq mövcud olmalı bir neçə rəng təklif edirlər. Onlardan biri də balqabağı və yerkökünü xatırladan narıncı rəngidir. Qışda soyuqda donmaq istəmirsinizsə, qarderobunuza isti, yüngül, seksual narıncı tonlarını daxil edin. Həzz, bayram və alicənablığı simvolizə edən narıncı rəngin ən böyük üstünlüyü getdiyiniz hər məkanda bütün nəzərlərin üzərinizə cəmlənməsini təmin etməsidir. Ona görə də kökə oxşamaqdan qorxmayın, əsas olan balansı saxlamaqdır. Məsələn, narıncı rəngli geyimi qara rənglə birləşdirdikdə dəb xətalarına yol verməyəcəksiniz. Yeri gəlmişkən qeyd edək ki, həmin rəng əhval-ruhiyyəni də qaldırır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm