Belə havada şlyapa qoymadan evdən çıxmaq böyük qəbahətdir – FOTOLAR
Bizi izləyin

Dəb

Belə havada şlyapa qoymadan evdən çıxmaq böyük qəbahətdir – FOTOLAR

Bir çox geyimlər kimi, şlyapalar da qadın qarderobuna kişi geyimləri arasından daxil olub. Həm kişi, həm də qadınlar arasında populyar olan həmin baş geyimi, xüsusən, belə soyuq və yağmurlu havada işinizə yarayacaq.

Təsadüfi deyil ki, dünyanın bir çox tanınmış simaları stil ikonası adını məhz bu qəşəng aksessuar sayəsində əldə ediblər. Lakin şlyapa dəbi ilə ayaqlaşmazdan əvvəl hansı modelin sizə yaraşıb-yaraşmadığını müəyyən etmək lazımdır. Çünki şlyapaların növləri kifayət qədər çoxdur və bunların heç də hamısı istənilən məqsədə uyğun gəlmir.

"Uniseks" (həm kişi, həm də qadın qarderobuna aid olan ümumi geyim) geyimlər sırasına daxil olan fedoranı ən universal şlyapa variantı adlandırmaq olar. Çünki bu tərz papaqlar, demək olar ki, hər üslubla yola gedir. Həmin papaqları Keyt Moss və Rozi Hantinqton Uaytli çox sevir. Fedora papaqları, adətən, keçədən (sıx yun materialdan) hazırlanır. Bu şlyapa orta eni, təpəsindəki haşiyə və ətrafına bağlanmış lent ilə digərlərindən fərqlənir.

Fedora şlyapalar cinslərlə və şortlarla, həm də incə paltarlarla çox gözəl uzlaşır. Qara ipək lentlə bəzədilmiş fedora şlyapası və qara paltar kombinasiyasında xanımlar inanılmaz dərəcədə eleqant görünürlər.

Fedora şlyapası şəhər gəzintiləri üçün də ideal seçimdir. Onun eni müxtəlif ola bilər. Yumrusifət qızlara daha həcmli modellər yaraşır. Bu qayda uzun üz quruluşuna sahib olan qızlara da aiddir. Oval və üçbucaq üz quruluşu olan qızlara isə ətrafı geniş, diametri isə dar olan papaqlar yaraşır.

Tribili şlyapaları da məşhurların ən az fedora qədər bəyəndiyi və istifadə etdiyi aksessuardır. O fedoradan fərqli olaraq kənarlarının daha enli olması ilə seçilir. Fedora və tribili ilin soyuq fəsilləri üçün ən ideal variantdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm