Dəb
Bu qadınlardan nümunə götürməyə dəyər! - FOTOLAR
İstənilən yaşda dəbli görünmək olar. Yetər ki, bunun üçün istək və həvəs olsun. Müasir dəb yalnız cavan xanımlara deyil, eləcə də nənələrə dəblə ayaqlaşmağa icazə verir. Çünki onların arxasında böyük həyat təcrübəsi və bilik dayanır. Bu təcrübədə onlar keçici dəb cərəyanları ilə əbədi klassikanı bir-birindən fərqləndirməyi dərindən mənimsəyiblər. Dizaynerlər və dəb tənqidçiləri də yaşlı xanımların bu cür geyim tərzini dəstəkləyirlər. Çünki onlar əmindirlər ki, illər keçdikcə zövqlər dəyişir.
Publika.az xəbər verir ki, amerikalı blogger Ari Set Koen müəllifi olduğu “Advanced Style” bloqunda müxtəlif ölkələrdə 70-98 yaşlı əcnəbi xanımların fotolarını yerləşdirib. Şəkilləri çəkməsinin əsas səbəbi həmin xanımların əksəriyyətinin istənilən yaşda baxımlı görünməsidir. Məsələ ondadır ki,xanımların yaşı 70-i haqlasa da, hələ də səliqəli, gözəl və dəbli geyinməyi sevirlər. Bu üzdən onlara baxanda yaş amilini unudursan.
Blogger fotokolleksiyası ilə yaşlı xanımların başqa tərəfini göstərməyə çalışıb. O bildirib ki, insanlar istənilən yaşda yaxşı görünmək istəyirlər, bu qadınlar isə hamımız üçün ideal nümunədir.
Fikir vermisinizsə, şəhərimizin xanımlarının çoxu qara, qəhvəyi və ağ rəngin müxtəlif çalarlarına üstünlük verirlər. Bu yazının qəhrəmanları isə gənc qızlardan fərqli olaraq, əlvan və parlaq rənglər, diqqət çəkən naxışlar və dəbdəbəli bəzək əşyalarından qorxmurlar. Nəfis minimalizm ilə əbədi klassikanın vəhdəti sayəsində qeyri-adi obrazlar yaradırlar. Qısa desək, onların qarderobu darıxdırıcı deyil, hətta bizim həyatımızdan daha rəngarəngdir.
Bu xanımların çoxu bloggerə etiraf edib ki, əşyalarının əksəriyyəti illərdir ki, onlara yoldaşlıq edir, zinət əşyalarını göz bəbəkləri kimi qoruyurlar. “Hermes”, “Christian Dior”, “Chanel” kimi dünyaşöhrətli moda evlərindən aldığı geyimləri isə nəvələrinə miras saxlayırlar. Bu cür vintaj geyimlər indi aktual olduğu üçün müasir dəbsevərlərin də ürəyincədir.
Yaşlı nənələr həm də istənilən yaşda gözlərindəki parıltını saxlamaq qabiliyyətinə malikdirlər. Ümid edək ki, bizim də qocalığımız bu xanımlar kimi unudulmaz olacaq. Hesab edirik ki, müasir qızların baxıb öyrənməli olduğu çox şey var.
Aytən
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...