Monika Belluççi “Dolce & Gabbana”-nın valehedici donunda – FOTOLAR
Bizi izləyin

Dəb

Monika Belluççi “Dolce & Gabbana”-nın valehedici donunda – FOTOLAR

Bu il Monika Belluççi üçün səs-küylü film nümayişləri ilə yadda qalacaq.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, italiyalı aktrisa dünən Gi Eudanın rejissorluğu ilə çəkilən “Vil-Mari” filminin premyerasında iştirak edib.

Tədbir hazırda kinofestivalın keçirildiyi, həmçinin bir çox tanınmış artistlərin və beynəlxalq kino xadimlərinin iştirak etdiyi Romada baş tutub.

Aktrisa bu dəfə də yerli brendinə sadiqliyini nümayiş etdirərək fotoqraflar qarşısına “Dolce & Gabbana”-dan olan ağ-qara güllü paltar-futlyarda çıxıb. Monika valehedici donunu burnu açıq platforma ayaqqabılarla tamamlayıb. Aksessuar sarıdan təvazökar davranan aktrisa sallanan sırğa taxmaqla kifayətlənib. Ümumi götürdükdə aktrisanın görünüşü möhtəşəm alınıb!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm