Bohem stilində geyinməyin 7 qaydası - FOTOLAR
Bizi izləyin

Dəb

Bohem stilində geyinməyin 7 qaydası - FOTOLAR

Bohem üslubu bir neçə mövsümdür ki, dəbi əsir alıb. Üstəlik, payız aylarında da öz yüksəlişinə davam edəcək. Elə isə bohem stilində geyinmək üçün daha nəyi gözləyirsiniz?

Publika.az 7 addımda payızın ən dəbli tərzinə bürünməyin yollarını təqdim edir:

1. Saçaqlar

Bohem stilini tərzinizdə əks etdirmək istəyirsinizsə, mütləq saçaqlı geyim və aksessuarlara üstünlük verməlisiniz. İstər pencək alın, istərsə də qısa çəkmə, üzərində mütləq saçaqlar olmalıdır. Saçaqlı çantalar da stilinizi tamamlamağınıza kömək edə bilər.

2. Düzgün parça seçimi

Bohem üslubunda müəyyən parça növlərinin özünəməxsus yeri var. Geyimləriniz kətandan, şifondan və ya zərxaradan tikilməlidir. Köynəkdə kətan və şifon, donlarda şifon, pencəklərdə isə zərxara parçaya üstünlük verə bilərsiniz.

3. Etnik naxışlar

Bohem stili dedikdə, ağlımıza gələnlərdən biri də etnik naxışlardır. Etnik naxışlar, xüsusilə, çantalara çox yaraşır.

4. Enlibalaq şalvar

70-ci illərin dəbindən ilhamlanaraq hazırlanan enlibalaq şalvarlarla gündəlik tərzinizi tamamlaya bilərsiniz. Xüsusilə də, cins enlibalaqlar bu mövsüm aktualdır.

5. Maksi don

Bohem stili, sadəcə, şalvar kombinləri ilə yaradılmır. Uzunqol maksi donlarla da istədiyiniz nəticəni əldə edə bilərsiniz.

6. Aksessuar çılğınlığı

Bohem stilinin ən gözəl tərəfi aksessuarlardan bol-bol istifadə etməyə icazə verməsidir. İstədiyiniz bütün aksessuarları bir-biri ilə uyğunlaşdıra bilərsiniz. Şapka, şal, dəbdəbəli sırğalar, üzüklərlə tərzinizə rəng qatın.

7. Dağınıq saçlar

Bohem üslubunda geyinməyə qərar vermisinizsə, saçlarınıza azadlıq verməlisiniz. Qoyun, bir az dağınıq görünsün. Dağınıq hörüklərə də müraciət edə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm