Dəbdə nostalji: 70-ci illərin üslubu yenidən aktualdır - FOTOLAR
Bizi izləyin

Dəb

Dəbdə nostalji: 70-ci illərin üslubu yenidən aktualdır - FOTOLAR

Dünya podiumlarında nostalji dəbi yenidən öz əksini tapıb.

“Versace”, “Eudon Choi”, “Anna October”, “Au Jour Le Jour”, “Anton Belinskiy”, “Central Saint Martins” və digər dəb evləri payız-qış kolleksiyalarında 70-ci illərin dəbini xatırlamaq qərarına gəliblər.

Publika.az xəbər verir ki, uzun illərdir ki, unudulan enlibalaqlar bu il dəb gündəmini zəbt edib.

2015-2016-cı ilin payız-qış kolleksiyalarının nümayişində enlibalaq şalvarlar lider mövqe tutub və bu da təsadüfi deyil. Axı kifayət qədər universal olan bu modellər müxtəlif bədən quruluşuna malik olan xanımların əynində eyni dərəcədə yaxşı görünürlər. Ən əsası isə, qüsurları mükəmməl şəkildə gizləyərək müxtəlif obrazların yaranmasında iştirak etmək hüququ qazanırlar. Lakin boyunuz qısadırsa, balansı qorumaq üçün şalvarların balaqlarının həddindən artıq enli olmamasına diqqət etməlisiniz.

Xüsusən də, retro ruhunda qara və hündürbel modellər daha aktualdır. Bu cür şalvarları qısaboğaz çəkmə, idman və qalındaban ayaqqabılarla birləşdirmək təklif olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm