Mövsümün əsas elementlərindən biri: uzun jilet dəbi – FOTOLAR
Bizi izləyin

Dəb

Mövsümün əsas elementlərindən biri: uzun jilet dəbi – FOTOLAR

Soyuq havalar üçün dizaynerlər gödəkcə, pencək, plaş və yun jaketlərlə yanaşı, uzun jiletlər də təklif edirlər. Hər tərzlə uyğunlaşan jiletlər rahat hərəkət etməyə imkan verdiyi üçün pencəkləri və jaketləri əvəz edən maraqlı alternativdir.

Uzun jiletlər 70-ci illərdə kişisayağı geyimlərin dəbdə olduğu bir vaxtda gündəmə gəlmişdi. Bu gün isə payız obrazının tamamlayıcısı və qarderobun əsas elementlərindən biri sayılır.

Payızın torpaq rəngləri jilet dəbinə də təsir edib. Publika.az xəbər verir ki, əsasən, boz, qəhvəyi rəngli jiletlər dəbdədir.

“Hermes” , “Prada”, “Balenciaga, “Celine”, “DKNY”, “Kenzo” və digər ucuz markalar da payız-qış kolleksiyalarında qarderobun bu predmetinə yer veriblər.

Uzun jilet bir çox funksiyasına görə istənilən bədən quruluşuna yaraşır və müxtəlif üslublarla uyğun gəlir. Məsələn, uzun jilet ofis tərzi üçün ideal seçimdir.

Bozun 50 çaları jilet dəbini də ələ keçirib, ətrafa zəriflik saçır. Lakin boz jileti eyni rəngli geyimlərlə tamamlamaq məsləhət deyil. Eyni tonda geyinmək çox vaxt ümumi görünüşün boğucu alınmasına səbəb olur. Obrazı yumşaltmaq üçün dəstdə digər rənglərə də yer verin.

Təbiət rəngləri yeni mövsümdə bütün geyimlərdə hiss olunur. Xüsusilə də torpaq tonları jilet dəbində özünü göstərir.

Payız obrazının effektli görünməsini istəyirsinizsə, jiletləri dikdaban ayaqqabı ilə tamamlayın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm