Keyt Middltonun palto kolleksiyası - FOTOLAR
Bizi izləyin

Dəb

Keyt Middltonun palto kolleksiyası - FOTOLAR

İşgüzar qadınlar üçün qalın üst geyimində, yaxud da bolonka gödəkçədə hərəkət etmək çətindir. Amma bunun əvəzinə eleqant palto seçərək ona uyğun ayaqqabı və çanta ilə tamamlamaqla supermarketdən çıxan xala imicindən sığortalanmaq mümkündür.

Payızın dəb tendensiyaları bizə çox fərqli kəsimdə və biçimdə palto modelləri təklif edirlər. Bu mövsümün palto dəbinin əsas özəlliyi rəngarəng olmasıdır. Məsələn, bu payız sizin şahzadələr və ya Kembric hersoginyası Keyt Middlton kimi görünmək şansınız var. Hamıya məlum olduğu kimi, Keyt paltolarını yalnız qara və qəhvəyi kimi darıxdırıcı rənglərdə deyil, qırmızı, yaşıl, göy, hətta çəhrayı tonlarda seçərək soyuq mövsümü də şən ab-havada keçirməyə çalışır.

Nəzərinizə çatdıraq ki, qəhvəyi və qara paltolar bu mövsüm artıq dəbdə deyil. Onları qarderobun bir kənarında saxlayın. Sarı, mavi, çəhrayı, bənövşəyi rəngli paltolarla isinin. Bu rənglər enerji verdiyi üçün əhvala birbaşa təsir edir. Keytin isə birrəng paltolardan ibarət böyük bir kolleksiyası var.

Keytin öz fərdi üslubu var. O, palto seçimində də meyarlarına əməl edir. Keyt bir qayda olaraq, uzunluğu dizə qədər olan, əyinə kip oturan palto modelləri seçir.

Publika.az moda ikonasının palto kolleksiyasından bir neçə nümunə təqdim edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm