Qış mövsümü üçün ən gözəl ağ kombinlər – FOTOLAR
Bizi izləyin

Dəb

Qış mövsümü üçün ən gözəl ağ kombinlər – FOTOLAR

Qışa ən çox ağ yaraşır. Soyuq hava və qarla harmoniyada olan ağ rəng dəbli görünmək istəyənr xanımların ilk seçimi olacaq. Trend həm sadə, həm də diqqətçəkici görünməyi diqtə edir. Ağ rəngli kombinlərlə bu tələblərin hər ikisinə cavab verə bilərsiniz. Bəs, bunu necə edəcəksiniz?

Publika.az ağ rəngli geyimləri kombinə etməyin bir neçə üsulunu təqdim edir:

Anqora parçadan hazırlanmış sviter və koftalar

Anqora parça tüklü və yumşaq olduğundan, hər il qışda yenidən gündəmə gəlir. Bu parçadan tikilmiş koftalarınızı dəri ətək və şalvarlarla kombinə edin. Beləliklə, koftanızın tükləri tökülsə də, sizi narahat etməyəcək.

Tüklü pencəklər

Qış modasında tüklərin, kürk detallarının xüsusi yeri var. Odur ki, pencəkdən ayaqqabıya, çantadan koftaya kimi hər cür geyimdə bu detallara üstünlük verə bilərsiniz.

Ağ şalvar

Fərqindəyik, yağışlı havada ağ şalvar geyinmək əsil çılğınlıqdır. Ancaq hər il olduğu kimi, bu il də havanın temperaturu düşdükcə ağ şalvar geyinənlərin sayı artır. Ağ şalvarı boz, pudra və təbii ki, qara rənglə kombinə edə bilərsiniz.

Ağ trençkot

Ağ trençkotla istər gündəlik, istərsə də, xüsusi gecələr üçün şıq kombinlər hazırlamaq olar. Onu qara rənglə uyğunlaşdırmağınız məsləhətdir.

Başdan ayağa ağ

Ötən il də gündəmdə olan başdan-ayağa ağ geyinmək dəbi yenidən aktuallıq qazanır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm